Facility Management Group - FMG

Call Directions Website Contact the business

Facility Management Group - FMG FMG ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir.

15/10/2026

Ofisiniz sadəcə iş yeri deyil, brendinizin gücünü əks etdirən məkandır.

Uğurlu biznes üçün doğru yer seçimi hər şeydən önəmlidir. Müasir və komfortlu iş mühiti ilə biznesinizi yeni səviyyəyə daşıyın.

FMG mobil tətbiqi yaşayış kompleksinizlə bağlı bütün idarəetməni vahid ekranda birləşdirir.Siz tətbiq vasitəsilə reziden...
04/09/2026

FMG mobil tətbiqi yaşayış kompleksinizlə bağlı bütün idarəetməni vahid ekranda birləşdirir.

Siz tətbiq vasitəsilə rezidensiya üzrə aylıq xidmət haqlarını, cari balansınızı şəffaf şəkildə izləyə və avtomobiliniz üçün parkinq ödənişlərini evdən çıxmadan rahatlıqla tənzimləyə bilərsiniz.

Vaxtınızı daha dəyərli işlərə ayırmaq üçün FMG tətbiqini App Store və ya Google Play-dən yükləyin.

29/07/2026

Biznesinizi Fəvvarələr meydanında yerləşən əlverişli məkanda inkişaf etdirin! 🏢

26.8 m² sahəyə malik bu icarə obyekti funksional iş mühiti üçün uyğun seçimdir.

Ətrafında çoxsaylı restoran və kofeşopların fəaliyyət göstərməsi məkanı həm komandanız, həm də müştəriləriniz üçün daha rahat edəcək.

📞 Ətraflı məlumat və baxış üçün: *5775

📍 Fəvvarələr Meydanı, Əziz Əliyev küç. 4

23/07/2026

Xaqani bağı ərazisində geniş və hazır icarə obyekti 🏢

Biznesiniz üçün əsas üstünlüklər:

▪️ Çevik icarə: Ehtiyaca uyğun olaraq bütöv və ya hissə-hissə icarə imkanı.

▪️ Funksional planlama: Açıq iş zonaları, fərdi kabinetlər və görüş otaqları.

▪️ Hazır infrastruktur: Təbii işıqlı interyer, geniş sərnişin lifti və fəaliyyətə dərhal başlamaq üçün tam təminat.

Genişlənməkdə olan komandanız üçün şəhərin mərkəzində uyğun məkan icarəyə götürün..

📞Ətraflı məlumat və baxış üçün: *5775

📍 Xaqani bağı, Bakı Kitab Mərkəzinin yaxınlığında

Öyrənməyə açıq gənclər üçün yeni imkanlarla dolu FMGrad proqramına start veririk!🎓 GPA göstəricisi 80+ olan 4-cü kurs ba...
22/07/2026

Öyrənməyə açıq gənclər üçün yeni imkanlarla dolu FMGrad proqramına start veririk!

🎓 GPA göstəricisi 80+ olan 4-cü kurs bakalavr tələbələri, son 2 ilin bakalavr məzunları və magistr tələbələri proqrama müraciət edə bilərlər.

FMGrad sənə 3 aylıq ödənişli təcrübə, mentor dəstəyi, təlim və inkişaf, şəbəkələşmə, real iş prosesləri və layihələrdə iştirak imkanı təqdim edir.

Öyrənməyə və karyerana sağlam bünövrə qurmağa hazırsansa, FMG-də təcrübə keçmək istədiyin istiqaməti seç və proqrama müraciət et!

Müraciət üçün biodakı linkə klik edin.

Son müraciət tarixi: 31 iyul

21/07/2026

➡️ Bakıxanov qəsəbəsində biznesiniz üçün geniş və təmirli kommersiya sahəsi axtarırsınız? 🏢

🟤 Sahə: 453 m²
🟤 Vəziyyəti: Tam təmirli və əşyasız

📞 Ətraflı məlumat üçün: *5775
📍 Ünvan: Bakıxanov qəs., (Ə.Ağayev 41)

08/07/2026
Plastik kartların ikinci, həm də çox mənalı həyatı 🌿💳Cüzdanımızda istifadə müddəti bitən və adətən atmağa tələsdiyimiz o...
16/06/2026

Plastik kartların ikinci, həm də çox mənalı həyatı 🌿💳

Cüzdanımızda istifadə müddəti bitən və adətən atmağa tələsdiyimiz o plastik kartlar əslində nəyə çevrilə bilər?

Dəstək olduğumuz “Card to Art” layihəsində məhz bunun ən gözəl nümunəsinin şahidi olduq. Son bir il ərzində xüsusi qutularda toplanan köhnə kartlar, əlilliyi olan istedadlı şəxslərin yaradıcılığı və zəhməti sayəsində inanılmaz incəsənət əsərlərinə çevrildi. Layihənin ilk mərhələsinin təqdimatında bu əl işlərini görmək və o sevinci bölüşmək FMG komandası olaraq bizim üçün çox xüsusi idi.
Ən xoş xəbərlərdən biri də odur ki, böyük maraqla qarşılanan bu əsərlər Heydər Əliyev Fondunun təşəbbüsü və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə yaradılan “Tullantıdan Sənətə” muzeyində sərgilənəcək.

Binaları idarə edərkən ekoloji dayanıqlılığa və tullantıların düzgün idarə olunmasına xüsusi həssaslıqla yanaşan bir komanda kimi, təkrar emalı həm sənətə, həm də sosial faydaya çevirən bu cür hekayələrin bir parçası olmaqdan səmimi-qəlbdən sevinirik.
Çünki binaları idarə etsək də, fəlsəfəmizin mərkəzində həmişə təbiətə qayğı və insan dayanır.

04/06/2026

FMG olaraq 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü əməkdaşlarımızın övladları ilə birlikdə xüsusi bir “Sehrli gün”də qeyd etdik. Əyləncə, gülüş və unudulmaz xatirələrlə dolu tədbirimizdən ən gözəl anları təqdim edirik. Bütün uşaqların bayramı mübarək olsun!

Address

93 Zarifa Aliyeva
Baku
A1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125041111

Website

Alerts

Be the first to know and let us send you an email when Facility Management Group - FMG posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Facility Management Group - FMG:

Shortcuts

Share