06/07/2023
Ev
Çoxları səs-küylü şəhərdən uzaqda öz evlini xəyal edir. Bununla belə, ev sahibi olmaq yaşayış üçün ideal yer kimi görünsə də, bu tip mənzillərin həm müsbət, həm də mənfi cəhətləri var.
Müsbət cəhətlər:
🔸Sahə. Orta hesabla bir evin yaşayış sahəsi bir mənzildən daha böyükdür. Bir bağ, tərəvəz bağçası, sauna, hətta hovuz qura biləcəyiniz bir sahə var.
🔸Dayanacaq yeri. Şəhərin mərkəzindəki iri yaşayış komplekslərinin sakinləri yaxşı bilirlər ki, bəzən maşın saxlamaq üçün yer tapmaq nə qədər çətindir. Öz evinizdə isə belə problem yoxdur.
🔸Sükut. Divarın arxasında qonşuların olmaması sizi səs-küydən xilas edir, istər qonşudakı təmir işləri, istərsə də uşağın ağlaması. Bundan əlavə, evlər çox vaxt mərkəzdən və sıx yollardan uzaqda yerləşir.
Mənfi cəhətlər:
🔹İnfrastruktur. Müxtəlif müəssisələr və qurumlar evinizdən kifayət qədər uzaqda yerləşə bilər. Çox vaxt kottec qəsəbələrində uşaqlar üçün mağazalar, əyləncələr və təhsil müəssisələri yoxdur.
🔹Daimi qayğı. Ev bir mənzildən daha çox diqqət tələb edir. Təmizlik, təmir, istilik - bütün bunlar çiyinlərinizdə yükdü. Qışda qarı təmizləmək, isti günlərdə isə sahəyə qulluq edəcəksiniz.
🔹Nəqliyyat əlçatanlığı. Kottec şəhərcikləri tez-tez şəhər mərkəzindən uzaqda yerləşdiyi üçün, avtomobilsiz olmaq sizə çətinlik törədəcək. Kottec qəsəbələri metrodan, dəmiryolu stansiyalarından və avtobus dayanacaqlarından uzaqda tikilir.
Mənzil
Evin alternativi isə mənzildir. Mənzil şəhərlərdə ən populyar və sərfəli yaşayış növüdür. Çox vaxt yaşayış binaları səs-küylü qonşularla əlaqələndirilir, amma əslində mənzildə yaşamağın da öz üstünlükləri var.
Müsbət cəhətləri:
🔸İnfrastruktur. Çox vaxt sizə lazım olan hər şeylər yaxın məsafədə yerləşir. Bundan əlavə, bəzi yaşayış komplekslərinin ərazisində mağazalar, salonlar, idman zalları və daha çox şey olur.
🔸Kommunal xidmətlər. Bu problemləri həll edən idarəetmə şirkəti olduğu üçün həyətin və ya girişin təmizlənməsi barədə düşünməyə ehtiyac yoxdur.
🔸Ucuz baxım. Şəxsi evlə müqayisədə təmir xərcləri çox azdır, çünki fasadın, kommunikasiyaların və ya sahənin vəziyyəti barədə narahat olmaya bilərsiniz.
Mənfi cəhətlər:
🔹Yaşayış sahəsi. Mənzildə yer azdır və bundan başqa öz evinizdə edə biləcəyiniz kimi məkanı tamamilə öz ehtiyaclarınıza və arzularınıza uyğun planlaşdırmaq mümkün deyil.
🔹Qonşular. Əlbəttə ki, bütün qonşular p*s deyil, amma bəxtiniz gətirməsə, qışqırıq, əbədi təmir və ya divarın arxasından gələn yüksək səsli musiqidən zövq almalı olacaqsınız.
🔹Parkinq. Hər şey sizin yaşayış kompleksinizdən asılıdır, lakin çox vaxt parkinq yeri əlavə xərc tələb edir.
Biz yalnız əsas üstünlüklərə və çatışmamazlıqlara toxunduq, əslində daha çox şey var. Hansı məqamları əlavə edərdiniz və nə seçərdiniz: mənzil və ya ev? Şərhlərdə fikrinizi bölüşün!